ARDNF-nin aktivləri 70 milyard dolları keçib

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun
(ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031 milyard ABŞ
dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Fonddan məlumat əldə edib.

Cari ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 13,073
milyard manat, xərcləri isə 10,918 milyard manat təşkil edib.




Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 7,838
milyard manat, investisiya gəliri 5,236 milyard manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası
çərçivəsində 10,861 milyard manat vəsait dövlət büdcəsinə transfert
edilib.