
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kiyev Amerika silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmir, yalnız Avropa raketlərindən istifadə edir. O əlavə edib ki, ABŞ Rusiyanın arxa bölgələrinə qarşı ABŞ silahlarından istifadə etməyə razılıq vermir.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Düşünürəm ki, onlar Avropa raketlərindən və ya başqa yerdən olan raketlərdən istifadə edirlər, amma bizimkilərdən deyil. Onların etdiklərinə isə mən nəzarət etmirəm. Amma raketlərimizə nəzarət edirəm. Onlar bizim raketlərimizi atmırlar”.
Donald Tramp həmçinin Ukraynanın ABŞ-da Rusiyaya qarşı zərbələr endirən “bəzi uzaqmənzilli raketlərdən” istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı xəbərləri təkzib edib.

