Rusiyada zavodda partlayış olub, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən
zavodda güclü partlayış baş verib.

Trend xəbər verir ki, hadisə
nəticəsində dörd nəfər həyatını itirib.

Vilayət qubernatoru Aleksey Tekslerin “Telegram” kanalında
yazdığına əsasən, “Kopeysk şəhərindəki müəssisələrdən birində
partlayış baş verib. Təəssüf ki, həlak olanlar var. Şəhər
sakinlərinə və mülki obyektlərə heç bir təhlükə yoxdur. Çurilovo
mikrorayonundakı yaşayış binalarının bir hissəsində pəncərələr
sınıb”.




Hadisə yerinə operativ qrup göndərilib və qərargahın fəaliyyəti
təşkil olunub.

Bir sıra “Telegram” kanallarının məlumatına görə, partlayış
“Plastmass” zavodunda baş verib. İlkin versiyaya görə, hadisəyə
təhlükəsizlik qaydalarının pozulması səbəb olub.