Yamal daha bir ilkə imza atıb

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının
tarixinə düşüb.

Trend xəbər
verir ki, gənc vinger buna Liqa mərhələsinin 3-cü turunda
“Olimpiakos”a (Yunanıstan) qalib gəldikləri matçda (6:1) iştirak
etməklə nail olub.




18 yaşlı ispaniyalı oyunçu ÇL-də 25 matçda meydana çıxan ən gənc
futbolçudur.

Daha əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günündə, Sesk
Fabreqas 19 yaş 292 günündə, Anderson Oliveyra 19 yaş 326 günündə
bunu bacarıb.