Azərbaycan ətraf mühitin mühafizəsi xərclərini 5 % artırıb

Baş səhifə
Azərbaycan ətraf mühitin mühafizəsi xərclərini 5 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə 226 milyon manat xərclənib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 milyon manat və yaxud 4,9 % çoxdur.

Hesabat dövründə ətraf mühitin mühafizəsi xərclərinin 72,8 %-i icra edilib.