
Bakı. Trend:
Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş
vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda
olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq
tədbirlər görüblər.
Trend xəbər
verir ki, müraciət üzrə araşdırma və izahatların alınması zamanı
kənd sakini, özünü fəal TikToker kimi təqdim edən Laçın Əsədov
tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti
fəaliyyətə qəsdən maneə yaradılıb.
O, intizama dəvət edilsə də öz fəaliyyətini davam etdirib.
Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və
müvafiq qərarla o, inzibati qaydada həbs olunub.

