BŞTİ-də apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Baş səhifə

Bakı.Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq
rəhbəri və laborant vəzifələri üzrə işə qəbul müsahibəsinin
nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə
başlayacaq.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə
müsahibə mərhələsində uğur qazanmayan namizədlər BŞTİ-yə, laborant
vəzifəsi üzrə müsahibədə uğur qazanmayan namizədlər isə paytaxtdakı
306 nömrəli tam orta ümumtəhsil məktəbinə 24-28 oktyabr 2025-ci il
tarixlərində saat 14:30-16:30 aralığında yaxınlaşaraq Apellyasiya
komissiyasına müraciət edə bilərlər.




Müraciətçilərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və
iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə
gətirməsi vacibdir.

Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri
barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə
SMS vasitəsilə göndərilib.