
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.
“Report”un yerli bürosu bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən 1,1 milyon manat gəlir əldə olunub, bunun 819 min manatı muxtar respublikanın büdcəsinə yönəldilib.
Hesabat dövründə dövlət əmlakının registrindən 143 çıxarış verilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


