
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 noyabr tarixindən
etibarən Çindən idxal olunan mallara 155 faizlik gömrük rüsumu
tətbiq olunacaq.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu tədbirin onlar üçün davamlı olacağını düşünmürəm. Çinə qarşı
yaxşı rəftar etmək istəyirəm,” – deyə ABŞ prezidenti
vurğulayıb.
Bundan əlavə, Tramp Çinin Rusiyadan neft alması ilə əlaqədar
Pekinə qarşı əlavə rüsumların tətbiq olunacağı barədə məlumatı
təsdiqləməyib.

