
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 22-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət
sərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4
kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəş
mövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onun
müavini və tabor komandiri məhv edilib.
– Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan
dəyib.
– Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbi
texnikalarının videogörüntüləri yayılıb.
– Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın
PUA-sı məhv edilib. Artilleriyaçılarımız
düşmənə dəqiq zərbələr endirməyə davam edib.
– Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.
– Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın
edilməsinin videogörüntüləri yayılıb.

