“Neftçi” Abubakarla müqavilə imzaladı

Baş səhifə

Bakı. Trend:

“Neftçi” PFK ulduz futbolçu Vensan Abubakarı transfer etdiyini
rəsmən açıqlayıb.

Trend xəbər
verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Kamerun milli komandasının hücumçusu artıq “Neftçi” ailəsinin
üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik
müqavilə bağlanıb.




Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa,
Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da
çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020),
kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə
çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və
Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın
heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci
ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə
isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

O, “Neftçi”yə azad agent kimi transfer olunub.