
Bakı. Trend:
Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında
gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət
daşıyır.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat yayıb.
Bildirilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə
saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların
yayılmasına səbəb ola bilər:
“Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar
pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə
yaradır.
Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və
satıcıların əməl etməli olduqları tələbləri diqqətinizə
çatdırırıq!
Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insan
deməkdir!”.


