Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub

Baş səhifə
Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunaraq qəbul olunub.

Sənədi Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib.

O qeyd edib ki, ölkədə gedən geniş miqyaslı müharibə Ukrayna ordusu üçün insan resursunu vacib edib, buna görə də hərbi səfərbərliyə daha effektiv yanaşmaq lazımdır.

Sənəd müzakirələrdən sonra qəbul olunub, 2026-cı il fevralın 3-ə qədər yeni səfərbərlik müddəti elan edilib.