
Bakı. Trend:
Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun
baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına
Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə
başlayıb.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin ilk hissəsində
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib.
Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs
çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək
UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər
Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.
Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən
Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri,
2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq
Konvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədr
müavini seçilib.


