Sudanda 23 nəfər mədəndə zəhərlənərək ölüb

Baş səhifə

Bakı. Trend:

Sudanın qərbindəki Cənubi Kordofan əyalətində baş verən
zəhərlənmə hadisəsi nəticəsində 23 nəfər həyatını itirib, 145 nəfər
isə xəstəxanaya yerləşdirilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ilkin versiyaya görə, zəhərlənməyə
səbəb sianidli tullantılar və ya xlordur.




Hadisədən sonra şəhərə giriş-çıxış dayandırıb, zəhərlənənlər
xəstəxanaya yerləşdiriliblər.