Bakı. Trend:
Şotlandiyanın “Reyncers” klubu komandanı almaniyalı mütəxəssis
Danni Rohla həvalə etməyə hazırlaşır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı məşqçi yaxın günlərdə
Qlazqo təmsilçisi ilə müqavilə imzalayacaq.
Məlumata görə, Rohldan əvvəl klub Stiven Cerrard və “Şanxay
Port”un baş məşqçisi Kevin Muskata da təklif göndərib, lakin hər
iki mütəxəssis “Reyncers”in çağırışını qəbul etməyib.

