“Yuventus” futbolçusu ilə müqavilənin müddətini uzadıb

Baş səhifə
Yuventus futbolçusu ilə müqavilənin müddətini uzadıb

İtaliyanın “Yuventus” klubu 31 yaşlı mərkəz müdafiəçisi Daniele Ruqani ilə yeni müqavilə imzaladığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, D.Ruqani 2012-ci ildən “Yuventus”da çıxış edir. O, “qoca sinyora”nın heyətində 152 oyunda 11 qol vurub.