Süni göldən 1 nəfərin meyiti çıxarılıb – FHN

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində süni göldən 1 nəfərin
meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil
olub.

Trend xəbər
verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri
müraciət üzrə cəlb olunublar.




Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.