
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 173 ölkəsi
ilə 35,375 milyard dollarlıq ticarət əməliyyatları həyata
keçirib.
Trend-in
Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu dövrdə
xarici ticarət iştirakçılarının sayı 59 289 nəfər təşkil edib
(illik müqayisədə 7,6% çox). Onlardan 48 868 nəfəri fiziki (illik
müqayisədə 8,8% artıb), 10 421 nəfəri isə hüquqi şəxslərdir (2,1%
artıb).
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 170-I
dövlət, 10 251-i isə özəl sektorun nümayəndələri olub.
Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi
17,769 milyard ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı
7 509 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə 18,606 milyard
ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı 2 655 ədəd
təşkil edib.

