Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxs saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə
zərərçəkən şəxslərdən şikayətlər daxil olub.

Trend
xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə
şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb.




Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat
dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən
edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət
əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.