
Goranboyda kafedə kütləvi dava olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.
Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


