Bakı. Trend:
Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük
təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına
enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb.
Trend xəbər verir ki, yerli
vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1
nəfər ölüb.
Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili
ilə toqquşaraq onu da suyu salıb. Avtomobildə olan bir nəfər hadisə
yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Təyyarənin heyət
üzvləri xəsarət almayıb.
Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa
müddətə bağlanıb.

