İtaliyada qayıq batıb, ölənlər var

Baş səhifə

Bakı. Trend:

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları
daşıyan qayıq batıb.

Trend xəbər verir ki, İtaliya
sahil mühafizə xidmətinin patrul gəmiləri adadan təxminən 16 dəniz
mili uzaqda 91 nəfəri xilas edib. Onlardan 3-ü intubasiya olunub və
helikopterlə quruya daşınıb.




Qayıqla bağlı əməliyyata “Frontex” təyyarəsindən verilən məlumat
əsasında başlanıb.

Qeyd edək ki, ilin əvvəlindən Aralıq dənizində 700-dək miqrant
ölüb və ya itkin düşüb.