Bakı. Trend:
19.10.2025-ci il tarixdə 1974-cü il təvəllüdlü (kişi cinsli)
şəxs Naxçıvan Şəhər Xəstəxanasına hospitalizasiya edilib.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ona hər iki bud-baldırın, sağ əlin said
hissəsinin və qarın nahiyyəsinin cırılmış yarası diaqnozu
qoyulub.
“Ona ilkin tibbi yardım göstərilib Travmatologiya şöbəsinə
yerləşdirilib. Hal-hazırda vəziyyəti stabil qiymətləndirilir”- deyə
qurumdan əlavə edilib.
Qeyd edək ki, Naxçıvanın Babək rayonunda ayı insanlara hücum
edib. Hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Belə ki, ayı
Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu
və onun oğlunun üzərinə hücum çəkib.

