
Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə dünən keçirilən
aksiyanın 14 iştirakçısını yolu bağladıqları üçün saxlayıb.
Trend xəbər verir
ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar arasında müxalif “Formula” telekanalının
jurnalisti Vaxo Sanaya və Leyboristlər Partiyasının üzvü Laşa
Çxartişvili də var. Digər 13 nəfər barəsində isə inzibati icraat
aparılır.
Daxili İşlər Nazirliyi bildirib ki, aksiya iştirakçıları çox
olmasa da, Rustaveli prospektini bağlayıblar.


