Xaçmazda Samur-Abşeron kanalında bir nəfər batıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən
keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil
olub.

Trend xəbər verir
ki, bu barədə məlumatı FHN yayıb.




Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.