Banqladeşin paytaxtında hava limanında yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Banqladeşdə Dəkkə hava limanının yük hissəsində yanğın baş
verib.

Trend-in məlumatına görə, bu barədə yerli “The Daily Star”
qəzeti xəbər verib.

Hadisə yerindən çəkilmiş görüntülərdə yanğınsöndürənlərin alovla
mübarizə apardığı və hava limanının binasından güclü tüstünün
yüksəldiyi görünür.




Bildirilib ki, yanğın yerli vaxtla saat 14:15-də başlayıb və
17:00-da söndürülüb. Onun söndürülməsinə 36 texnika cəlb
olunub.

Hava limanında baş verən yanğınla əlaqədar axşam saat 21:00-a
qədər bütün reyslər təxirə salınıb.