
Bakı. Trend:
Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda
təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını
keçirib.
Trend xəbər verir ki,
yığmamız İsraillə üz-üzə gəlib.
“Bayıl Arena” stadionunda baş tutan görüş qolsuz bərabərliklə
nəticələnib.
Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub
etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və
Ukrayna millilərinə qarşı keçirəcək.


