
Bakı. Trend:
ABŞ hökuməti ABŞ-də istehsal olunmayan bir sıra mallara
rüsumların ləğv olunmasını nəzərdən keçirir.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, son həftələrdə Prezident Tramp onlarla malı
qarşılıqlı tariflərdən azad edib.
Ölkələr ABŞ ilə ticarət razılaşmaları əldə etdikdən sonra kənd
təsərrüfatı məhsullarından tutmuş təyyarə hissələrinə qədər daha
yüzlərlə malın azad edilməsini təklif edib.


