
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana
268,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış
500,7 min ton xam neft və neft məhsulları ixrac edilib.
Bu haqda Trend
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9
dəfə, həcm baxımından isə 272 min ton və ya 2,2 dəfə çoxdur.
Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac
edildiyi ölkələr arasında 7-ci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996
milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları
ixrac edilib.
Məlumatlara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8
faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz azdır.


