
Bakı. Trend:
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını
Fransada davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Lion” polşalı hücumameyilli
yarımmüdafiəçini transfer etmək istəyir.
Liqa 1 klubu Şimanski üçün noyabrda İstanbul nəhənginə təklif
göndərməyi planlaşdırır.
26 yaşlı oyunçu “Lion”a keçməyə isti yanaşır.
Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ilin
yayında Moskva “Dinamo”sundan transfer edib. Polşa millisinin üzvü
bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14
rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.


