Fizika üzrə “Nobel” laureatı vəfat edib

Baş səhifə

Bakı. Trend:

1957-ci ildə fizika üzrə “Nobel” mükafatı laureatı olmuş çinli
alim Yan Çjennin vəfat edib.

Trend xəbər verir
ki, bu barədə Çinin mərkəzi telekanalı məlumat yayıb.

Alimin 103 yaşında həyatını itirdiyi bildirilir. O Amerikalı
həmkarı Robert Millslə birlikdə 20-ci əsr fizikasının ən vacib
nailiyyətlərindən sayılan kalibrləmə sahəsi nəzəriyyəsini işləyib
hazırlayıb.




Bundan əlavə, o, Enriko Fermi ilə birgə güclü qarşılıqlı təsirə
malik elementar zərrəciyin ilk tərkibli modelini təklif edib.

ABŞ-da daimi yaşayan Yan 1999-cu ildə Çinə qayıdaraq Tsinxua
Universitetində müəllim kimi fəaliyyətə başlayıb. 2015-ci ildə isə
o, Amerika vətəndaşlığından imtina etmişdi.