Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər keçiriləcək

Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər keçiriləcək.

“Report” xəbər verir ki, “Sabah” Şəki” ilə üz-üzə gələcək.

Qarşılaşmaya saat 14:30-da start verləcək. “Sabah” 4 xalla A qrupunun lideridir. 2 xala malik “Şəki” isə 5-ci yerdə qərarlaşıb.

Günün son matçında “Sumqayıt” “Quba” ilə görüşəcək. Bu matç isə saat 16:30-da başlayacaq. “Quba” B qrupunda 3 xalla 4-cü pillədə yer alıb. 2 xala malik “Sumqayıt” sonuncu – 6-cı yerdədir.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında “Naxçıvan” “Lənkəran”ı (91:82), “Ordu” isə “Sərhədçi”ni (85:73) üstələyib.