“Mançester Yunayted” italyan bombardiri transfer etməyə çalışır

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” italiyalı ulduz Mateo Retegi üçün 70 milyon
avro təklif etməyə hazırdır.

Trend xəbər verir ki, Reteqi
bu yay 70 milyon avro qarşılığında “Atalanta”dan “Əl-Qadisiya”ya
keçib. O, 25 qolla A Seriyasının bombardiri olub.




“Mançester Yunayted” gələn yay italyan üçün eyni məbləği təklif
etməyə hazırdır. Futbolçunun İngiltərə klubunun təklifi ilə
maraqlandığı bildirilir.

Retegi Cennaro Qattuzonun İtaliya millisini çalışdırdığı ilk 4
matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu mövsüm “Əl-Qadisiya”nın heyətində bütün yarışlarda 5 matçda meydana çıxıb
və 3 qol vurub.