Rusiyada müdafiə sənayesi zavodunda partlayış olub

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında “Avanqard”
müdafiə sənayesi zavodunda partlayış olub.

Trend xəbər verir ki, bu
barədə Başqırdıstanın qubernatoru Radi Xabirov bildirib.




“5 nəfərin xəsarət aldığı məlumdur, onlardan birinin vəziyyəti
ağırdır. Zavodun işçiləri təxliyə edilib”, – deyə o bildirib.