2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 32,5 milyon manatı və yaxud 0,1 %-i seçki və statistika tədbirlərinə xərcləmələrin payına düşəcək.
“Report” bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 6,2 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

