Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-ə yaxın azaldılır

Baş səhifə
Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-ə yaxın azaldılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.

“Report” bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 38 milyon manat və yaxud 8,5 % azdır.

O cümlədən, Prezidentin ehtiyat fondu 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 38 milyon manat azaldılaraq 110 milyon manat təşkil edəcək.