Türkiyənin ərazi sularında 83 qanunsuz miqrant saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin müxtəlif bölgələrində ümumilikdə 83
qanunsuz miqrant saxlanılıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, İzmirin Karaburun rayonunun ərazi sularında rezin
qayıqlarla Yunanıstana keçmək istəyən, lakin yunan qüvvələri
tərəfindən Türkiyəyə geri göndərilən 33 qanunsuz miqrant xilas
edilib.

Onlardan səkkizi azyaşlıdır.