Nazir Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 17 oktyabr
tarixində Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və
Zərdab rayonlarının sakinlərini qəbul edib.

Trend
xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə
gül dəstəsi qoyub.

Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o
cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı
müraciətlərə baxılıb.




Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və
operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti
qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi
dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə
aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və
müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr
ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata
keçirilib.