Argentinalı siyasətçi teledebatda vəfat etdi

Baş səhifə

Bakı. Trend:

Argentinada 66 yaşlı siyasətçi, Radikal Vətəndaş İttifaqı
Partiyasından deputatlığa namizəd Ernan Damiani canlı yayımlanan
teledebatda dünyasını dəyişib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, hadisə “Dolar Blue” adlı onlayn yayımlanan
proqramın studiyasında keçirilən televiziya debatları zamanı baş
verib. Siyasətçi efir zamanı ürəktutmasından vəfat edib.

Damiani çıxış etdiyi anda qəflətən huşunu itirib. Namizəd dərhal
Posadas şəhərindəki Madariaga xəstəxanasına aparılsa da, həkimlər
onun həyatını xilas edə bilməyiblər.