
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz
əmlak üzərində 265.369 mülkiyyət hüququ qeydiyyata alınaraq
çıxarışla təmin edilib.
Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyət
hüququnun 49.717-si (18,7 %) ilkin, 215.652-si (81,3 %) isə təkrar
qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə
statistikası
2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi yaşayış və bağ
evi üzərində – 51.148, mənzil – 68.527, torpaq sahəsi – 136.091,
qeyri-yaşayış binası – 2.290, qeyri-yaşayış sahəsi – 6.696, əmlak
kompleksi – 519, çoxmərtəbəli yaşayış binası – 95 və çoxillik
əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı
aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının
75.193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına
düşür.
Texniki pasport və ipoteka müqavilələrinin
sayı
Bu ilin yanvar-sentyabr ayları ərzində 186.410 texniki pasport
tərtib edilib, 44.760 ipoteka müqaviləsi qeydiyyata alınıb.

