Orban Tramp-Putin görüşünə hazırlıq görür

Baş səhifə

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqların başladığını və tam sürətlə getdiyini açıqlayıb.

Modern.az xəbər verir ki,Orban bu barədə X sosial şəbəkəsində yazıb.

“Mənim dünən axşam prezident Donald Trampla telefon danışığım oldu. ABŞ-Rusiya sülh sammitinə hazırlıq tam sürətlə gedir. Macarıstan sülh adasıdır”.

Viktor Orban bu gün Rusiya prezidenti Vladimir Putinlə də telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.

Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. ABŞ prezidenti Budapeştdə görüşməyi təklif edib və Rusiya bu ideyanı bəyənib. Görüşün dəqiq tarixi hələ məlum deyil.