
Bişkek. Trend:
Qırğızıstanda Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilə “Orion
Grand” MMC arasında investisiya sazişi imzalanıb.
Trend
Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən
xəbər verir ki, sənəddə sənəd ölkədə ilk müasir kovrolin istehsalı
müəssisəsinin inşasının maliyyələşdirilməsini nəzərdə tutur. Bu
günə qədər sözügedən məhsul tamamilə xaricdən idxal edilirdi.
İstehsalın başlanmasının təkcə idxaldan asılılığı azaltmayacağı,
həmçinin yeni iş yerlərinin yaradılmasına və Qırğızıstanın sənaye
potensialının gücləndirilməsinə imkan verəcəyi gözlənilir.
Layihənin ümumi dəyəri 3,2 milyon ABŞ dollarıdır. Bunun 1 milyon
dolları Azərbaycan-Qırğızıstan İnkişaf Fondu tərəfindən təmin
ediləcək.
Yeni müəssisənin məhsulları həm daxili bazara, həm də bölgə
ölkələrinə, o cümlədən Özbəkistan, Tacikistan və Azərbaycana ixrac
ediləcək.


