Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 349 kiloqram
qızıl istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə
müqayisədə 596,9 kiloqram və ya 34,1% artıb. Ötən ilin ilk doqquz
ayında Azərbaycanda 1 752 kiloqram qızıl istehsal olunmuşdu.




Bu ilin oktyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının
miqdarı 142,2 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 984 kq
gümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki
göstərici ilə müqayisədə 676,3 kq və ya 29,3% artım deməkdir.

Bu ilin oktyabr ayının birinə ölkədə hazır gümüş ehtiyatının
miqdarı 759,1 kiloqram olub.