9 ayda ƏƏSMN-in fəaliyyət sahələri üzrə verilən elektron arayışların sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 475 min elektron
arayış verilib.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.




Bildirilib ki, son illər əmək, məşğulluq, sosial təminat,
əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma
proqramı çərçivəsində bir çox e-arayış xidmətləri yaradılıb.

Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət,
təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və
avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada
arayış əldə etmələrinə imkan yaradır.