
Bakı. Trend:
Londonun ICE birjasında 2025-ci ilin dekabrında çatdırılacaq
Brent markalı neftin fyuçerslərinin qiyməti 2025-ci il mayın 7-dən
bəri ilk dəfə bir barel üçün 61 dolların altına düşüb.
Trend xəbər verir
ki, Brent markalı neft 2,4% ucuzlaşaraq 60,96 dollar/barel
səviyyəsinə enib.
Eyni zamanda, 2025-ci ilin dekabrında tədarük üçün WTI markalı
xam neftin fyuçersləri də 2,5% azalaraq bir barel üçün 57,37 dollar
olub.


