
Bakı. Trend:
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.
Trend xəbər verir ki, bu
barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.
Bildirilir ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu,
Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin
Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar
etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.


