Yunanıstanda qalmaqallı “13 saatlıq iş günü” haqda qanun qəbul olunub

Baş səhifə

Bakı. Trend:

Yunanıstanda həmkarlar ittifaqlarının və müxalifətdən olan
partiyaların etirazlarına baxmayaraq, parlamentdə 13 saatlıq iş
günü haqqında qanun səs çoxluğu ilə qəbul olunub.

Trend bu barədə
Yunanıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinin
“Hamı üçün ədalətli əmək” adlı qanun layihəsi üzrə keçirilən
səsvermədə hakim “Yeni Demokratiya” partiyasından 156 və müstəqil 2
deputat lehinə səs verib (ölkənin birpalatalı parlamentində
ümumilikdə 300 deputat var-red).




Qanun layihəsinin əleyhinə 109 müxalifət partiyasının deputatı
səs verib, “Radikal Solçu Qüvvələrin Koalisiyası – İrəliləyiş
Alyansı” partiyasının nümayəndələri isə bitərəf qalıb.

Qeyd edək ki, Yunanıstanda böyük rezonans doğurmuş qanun
layihəsinin müzakirəsi son aylarda həmkarlar ittifaqları və müxalif
fəallıarın etiraz aksiyaları ilə müşayiət olunurdu. Etirazçılar bu
qanunu “orta əsrlərə aid əmək” kimi qələmə verir, həftədə 5 gün,
gündə 7 saat iş rejimi və əməkhaqlarının artırılmasını tələb
edirlər.