“Mançester Siti”dən ingiltərəli futbolçu üçün 75 milyon funt-sterlinqlik təklif

Baş səhifə

Bakı. Trend:

“Nottingem Forest”in futbolçusu Elliot Anderson Premyer Liqada
klubunu dəyişə bilər.

Trend xəbər verir ki, “Mançester Siti” ingiltərəli yarımmüdafiəçini transfer etmək
istəyir.




“Şəhərlilər” Andersonu mövsümün sonunda heyətinə qatmağı
planlaşdırır.

“Mançester Siti” 22 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 75
milyon funt-sterlinqlik təklif göndərəcək.