Elnur Rzayev Susayqışlaq kəndində sakinlərlə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon
prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Susayqışlaq kəndində səyyar qəbul keçirib.

Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Susayqışlaq, Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı
kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər,
həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının
yaxşılaşdırılması, yolların təmiri və digər məsələlərlə bağlı
müraciətlər səsləndiriblər.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.